Yupiterin peykində vulkan püskürdü - Foto

9 Yanvar 2019 23:42 (UTC+04:00)

“Yunona” avtomatik planetlərarası stansiya Yupiterin İo peykində püskürən vulkanın fotoşəkillərini yayımlayıb.

Teleqraf.com xəbər verir ki, “Yunona” İonun səthinin fotoşəkillərini bir saatdan çox çəkib. Astronomlar qeyd edirlər ki, İo peykində 400-dək fəaliyyətdə olan vulkan var.

2011-ci ildən kosmosa göndərilmiş “Yunona” 5 ildən sonra Yupiterin stabil orbitinə daxil olub.