Bu ölkədə plastik paket istifadə edənlər həbs olunacaq

10 Yanvar 2019 16:48 (UTC+04:00)

Dünyada 60-dan çox ölkədə plastik paket istifadəsi ya qadağan edilib, ya da istifadəsi məhdudlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, Avstriya, Çin, Makedoniya və Albaniya kimi ölkələr plastik paketin istifadəsini tamamilə qadağan etdiyi halda, Kenya kimi bəzi Afrika ölkələrində plastik paket istifadə edənlərə həbs cəzası belə verilir.

Avropa Parlamentinin İdarə Heyəti 2018-ci ildə dənizlər və sahillərində ən çox rast gəlinən bir dəfəlik istifadəlik plastik tullantıların istifadəsini məhdudlaşdırmaq üçün qanuni tənzimləməni təsdiq edib.

Bununla da plastik qulaq çöpləri, çəngəl-bıçaqlar, qablar 2021- ci ildən qadağan olunacaq. Plastik su qablarının 90 faizinin isə təkrar istehsal prosesi həyata keçiriləcək.