Nadir Qafarzadə xanımı və övladı ilə Ukraynada: “Oğlumun biri...” - Video

10 Yanvar 2019 17:45 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə xanımı və oğlu ilə Ukraynaya istirahətə yollanıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə instaqram səhifəsində xəbər verib.

Xanımı ilə videosunu paylaşan Nadir bildirib ki, bir neçə gün Azərbaycandan kənarda dincələcək. İfaçının sözlərinə görə, Ukraynaya böyük oğlunu aparmayıb.

Qeyd edək ki, Sevinc adlı xanımla ailə quran müğənninin bu evlilikdən Loğman və Əziz adlı iki oğlu var.