Keçmiş Baş prokurorun qardaşı işdən çıxarıldı

10 Yanvar 2019 17:38 (UTC+04:00)

Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Flora Zeynalova tutduğu vəzifədən azad olunub.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Dilqəm Alıyev işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Dilqəm Alıyev Respublikanın sabiq baş prokuroru Əli Ömərovun qardaşıdır.