Ronaldodan DNT nümunəsi götürüləcək - Təcavüz ittihamı

11 Yanvar 2019 08:42 (UTC+04:00)

Las-Veqas polisi "Yuventus" və Portuqaliya millisinin cinsi təcavüzdə ittiham olunan hücumçusu Kriştianu Ronaldodan DNT nümunəsi götürülməsi barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, polis Ronaldonu cinsi təcavüzdə ittiham edən Ketrin Mayorqanın paltarından tapılan genetik material nümunələrinin portuqaliyalı futbolçunun DNT-si ilə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək niyyətindədir.

Məlumata görə, polis müvafiq orderi artıq İtaliyanın məhkəmə xidmətlərinə göndərib.