Təcridxanalara narkotik keçirmək istədilər – Foto

11 Yanvar 2019 12:30 (UTC+04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş şəxs Əliyev Şahin Zahid oğlu Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasından 0,825 qram “Marixuana” aşkar edilib.

Bundan başqa, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3-cü maddələrinə əsasən həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Abbasov Elnur Sərhəd oğluna qardaşı Masallı rayon sakini Abbasov Fərhad Sərhəd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan gödəkcənin cibindən ümumi çəkisi 0,034 qram olan 5 ədəd çətənə bitkisinin toxumu aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.