Ermənistanda həyat iflic oldu: Yollar bağlandı – Foto

11 Yanvar 2019 12:53 (UTC+04:00)

Ermənistanın Gürcüstandan Rusiyaya çıxış yolu olan Lars bağlanıb.

Teleqraf.com xəbər verir ki, həyat yolu sayılan Larsda avtobusların uzun növbəsi yaranıb.

Məlumata görə, 158 yük maşını, 79 sərnişin və bir neçə iri həcmli avtobus yolun açılmasını gözləyir.

Ermənistanın daxil yollarında Aşotsk (Qızılqoç) – Amasiya, Aparan – Araqats, Spitak (Hamamlı) - Vanadzor – Allahverdi yollarının da çox hissəsi bağlıdır və ya buzla örtülüb.