Şəmkirdə ağır qəza: 1 ölü, 1 yaralı

11 Yanvar 2019 12:59 (UTC+04:00)

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Yeniabad kəndi ərazisində rayon sakini Nüsrət Rzazadə idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişini Rauf İsaqov hadisə yerində ölüblər.