Pirallahıda əməliyyat: 2 həbs

11 Yanvar 2019 13:47 (UTC+04:00)

Bakının Pirallahı rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Pirallahı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pirallahı qəsəbəsi sakinləri Seyran Məmmədovdan 480 qram, Ağamirzə Məmmədovdan isə 450 qram marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.