Müğənni metroya yarıçılpaq girdi - VİDEO

28 Avqust 2014 15:40 (UTC+04:00)

Lolita sevgilisindən ayrıldıqdan sonra bir köynəkdə paytaxtın küçələrində görüntülənib Rusiyalı məşhur aparıcı və müğənni Lolita Milyavskaya "Na skotç" adlı mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.

Klipin rejissorluğunu Yelena Kiper edib. Videoda maraqlı kadrlar çoxdur, onlardan biri də ifaçının sevgilisi ilə ayrıldıqdan sonra bir köynəkdə Moskvanın küçələrində gəzməsi olub. Lilata köynək və başmaq ilə paytaxtın küçələrində gəzərkən ona təccüblə baxan insanlar ilə tanış olur. Klipdə yer alan bəzi görüntülər yeni işin daha da canlı və maraqlı alınması üçün gizli kamera ilə çəkilib.

Gizli çəkilən videoda sürücülərin və metro sərnişinlərin 50 yaşlı ifaçıya olan reaksiyası görmək mümkündür.

Çəkilişlərdən olan bəzi fotolar sosial şəbəkədə yayımlanıb, izləyicilər tərəfindən maraqla qarşılanan şəkillər az müddətdə çox saylı insan tərəfindən bəyənilib.

anspress