İstanbulda çökən binada dəniz qumu aşkarlandı - İlkin rəy

10 Fevral 2019 15:15 (UTC+04:00)

İstanbulun Kartal rayonunda fevralın 6-da çökən binanın ətrafındakı 10 binanın da sakinləri təxliyə olunub.

Teleqraf.com xəbər verir ki, binaların tikintisi zamanı istifadə edilən nümunələrin araşdırılması zamanı tikililərin təməl betonunda çınqıl və dəniz qumuna rast gəlinib. Binaların tikintisində dəniz qumundan istifadə edildiyi ehtimal olunur. Araşdırma davam edir.