Tanınmış aktyor Türkiyəni tərk edir

10 Fevral 2019 17:15 (UTC+04:00)

Türkiyənin tanınmış aktyoru Çağatay Ulusoy ABŞ-ın Los Angeles şəhərinə köçmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, dünyanın ən böyük film platformalarından olan "Netflix"in ilk türk serialı olan "Hakan: Muhafız"dakı rolu ilə adından söz etdirməyi bacaran 28 yaşlı aktyorun yeni layihələrə hazırlaşmaq üçün bu qərarı verdiyi deyilir. May ayında Los Angelesə köçəcək Çağatayın artıq kirayə ev tutduğu məlum olub.