Hər kəsin istehza etdiyi mahnı Röyanın xoşuna gəldi - Video

10 Fevral 2019 19:58 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan həmkarı Afət Fərmanqızının oxuduğu və sözləri İmadəddin Nəsimiyə məxsus olan “Pəncu-şeş” mahnısına münasibətini bildirib.

Publika.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" verilişində deyib ki, həmin mahnı onda müsbət əhval-ruhiyyə yaradır: “Əslində xalq biz özümüzük. İnsanlar həmişə Röyaya qulaq asmalı deyil ki, onda gərək gedib damarlarını doğrasınlar. Mən nədənsə həmin mahnını eşidəndə əhvalım yüksəlir”.