ABŞ Suriyanı nə vaxt tərk edəcək?

11 Fevral 2019 08:45 (UTC+04:00)

ABŞ ordusunun Suriyadan çıxarılması prosesi bir neçə həftəyə başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri Cozef Votel bildirib.

C.Votel deyib: "Ola bilsin həftələr. Lakin təkrar edim ki, hər şey yerdəki vəziyyətdən asılı olacaq. Düşünürəm ki, biz istədiyimiz müddətə prosesə başlayacağıq".