Məktəbdə şok olay: müəlliməsini və 3 şagirdi...

11 Fevral 2019 13:57 (UTC+04:00)

Belarusda Minsk vilayətinin Stolbtsı şəhərində iki nəfərin ölmü ilə nəticələnən hadisə baş verib.

Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, şəhərin orta məktəblərinin birində şagirdi müəlliməsini və 3 məktəblini bıçaqlayıb.

Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müəllimə və şagirdlərdən biri aldığı bıçaq xəsarətlərindən ölüb.

Yaralı şagirdlər isə dərhal xəstəxanaya çatdırılıb.

Hadisəni törədən 2003-cü il təvəllüdlü məktəbli isə axtarışa verilib.

Qısa müddətdə polisin altı rayon üzrə həyata keçirdiyi "Sirena" əməliyyat planı nəticəsində şübhəli şəxs saxlanılıb.

Hazırda məktəbdə istintaq-əməliyyat qrupu işləyir.