Müğənni səhnədən yıxıldı

1 Sentyabr 2014 12:18 (UTC+04:00)

Cümə günü rusiyalı müğənni Anna Semenoviç Çexov şəhərində konsert verərkən ayağı ilişərək səhnədən yıxılıb.

Teleqraf.com-un axşam.az-a istinadən xəbər verir ki, Anna bu barədə İnstaqram səhifəsində yazıb. Təcili yardım komandası tez bir zamanda ifaçının yarasını sarıyıb və peşəkar müğənni səhnəyə geri dönərək çıxışına davam edib.