"Ukraynaya hərbi müdaxilə olmayacaq"

1 Sentyabr 2014 13:21 (UTC+04:00)

Rusiyanın Ukraynadakı münaqişəyə hərbi müdaxiləsi olmayacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində yeni tədris ilinin başlanması münasibəti ilə keçirilən tədbirdə deyib.


Onun sözlərinə görə, Moskva böhranın sülh yolu ilə həllinə tərəfdardır.


"Hərbi müdaxilə olmayacaq. Biz ağır böhranın, faciənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıyıq. Bütün etdiklərimiz siyasi yanaşmanın təşviqinə yönəlib", - deyə Rusiya XİN başçısı bildirib.

/APA/