Kəmaləddin Heydərovla görüşmək istəyənlərin nəzərinə!

15 Mart 2019 00:14 (UTC+04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Quba şəhərində vətəndaşların qəbulunun tarixi dəyişib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 16 mart 2019-cu il tarixində Quba şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib.

Qəbul barədə əlavə məlumat veriləcəkdir.