"Diriliş Ertoğrul"un final tarixi məlum oldu

22 Mart 2019 21:05 (UTC+04:00)

Reytinq rekordları qıran Türkiyənin məşhur “Diriliş Ertoğrul” serialının final tarixi bəlli olub.

Teleqraf.com-un məlumatına görə, serialın final bölümünün mayın 29-da yayımlanacağı açıqlanıb. Serialın yeni mövsümdə baş rolda tanınmış aktyor Burak Özçivitin iştirakı və “Osman Qazi” adı ilə efirə çıxacağı bildirilir.

“Osman Qazi” serialının ilk bölümü isə noyabrın 13-də nümayiş olunacaq.

Sonuncu bölümdə Ertoğrul seriala ölərək vida edəcək. İddialara görə, baş rol qəhrəmanı Engin Altan Düzyatanla Burak Özçivitin münasibətləri sərin olduğundan rejissor onları ayrı-ayrılıqda çəkməyə qərar verib.