Gözəllik salonunun sahibi saxlanıldı - Zorakılıq ittihamı

13 Aprel 2019 14:32 (UTC+04:00)

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində 55 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Acarıstanın Polis Departamenti məlumat yayıb.

Müəyyən olunub ki, S.C. adlı Azərbaycan vətəndaşı Batumidə sahibi olduğu gözəllik salonunda müştəriyə fiziki təzyiq göstərib.

Saxlanılan şəxsə qarşı “zorakılıq” maddəsi üzrə cinayət işi açılıb. Azərbaycan vətəndaşının günahı sübuta yetirələcəyi təqdirdə onu 1 ildən 3 ilədək həbs cəzası gözləyir./report/