Kursantlar praktiki döyüş atışları icra edir - Video

13 Aprel 2019 15:49 (UTC+04:00)

“Qaraheybət” təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının bütün ixtisaslar üzrə intensiv hazırlığı davam edir.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təlimlərdə şəxsi heyət mərhələlərlə zirehli döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikaların ştat silahından və artilleriya qurğularından praktiki döyüş atışları icra edir.