İŞİD-in ikinci lideri öldürüldü

15 Aprel 2019 11:51 (UTC+04:00)

İŞİD terror təşkilatının Somali üzrə ikinci lideri Abdihakim Qüdhüb hava hücumu nəticəsində öldürülüb.

Teleqraf.com xəbər verir ki, Somalinin İskushuban qəsəbəsində İŞİD mövqelərinə hava hücumu təşkil edilib.

Hücum zamanı İŞİD-in Somali üzrə ikinci lideri Abdihakimin olduğu avtomobil karvanı atəşə tutulub və məhv edilib.

Hücum zamanı Abdihakimin köməkçiləri və cangüdənləri də öldürülüb.