Alla Puqaçovanın qadağan olunmuş klipi yayıldı – Video

15 Aprel 2019 14:20 (UTC+04:00)

Rusiya Dövlət Teleradio Fondu müğənni Alla Puqaçovanın “Aysberq” adlı videoklipini yayıb.

Teleqraf.com xəbər verir ki, rolik 1984-cü ildə Soçidə çəkilib.

“Rossiyskaya Qazeta”nın verdiyi məlumata görə, Leninqrad televiziyasında keçirilən premyeradan sonra videonun efirdən yığışdırıldığını bildirib. Buna səbəb ölkə rəhbərliyinin müğənninin hərəkətlərini “olduqca vulqar” kimi qiymətləndirməsi olub.

Mahnının sözləri A.Puqaçovanın ansablında ifa edən İqor Nikolayev tərəfindən yazılıb.

Research.mail.ru resursu tərəfindən aparılan bir araşdırmaya görə, kompozisiya müğənninin ən çox öyrənilən mahnıları sırasına daxil edilib.

Bu gün Alla Puqaçova 70 yaşını qeyd edir.