Rusiya XİN Qarabağla bağlı bəyanat yaydı

15 Aprel 2019 17:05 (UTC+04:00)

Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında baş tutan görüşün yekunları ilə bağlı bəyanat yayıb.

S.Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər.

Görüş iştirakçıları yaxın gələcəkdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər./report/