Sinqapurda hava taksisi sınaqdan keçiriləcək

16 Aprel 2019 07:05 (UTC+04:00)

Sinqapur Mülki Aviasiya İdarəsi (CAAS) 2019-cu ildə hava taksisini sınaqdan keçirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, hava taksisi avtomobil ölçüsündə kiçik uçan aparat formasında hazırlanıb. Hava nəqliyyatı saatda 160 km-dən çox məsafə qət edə biləcək.

Uçuş və yerə enmə vertikal vəziyyətdə həyata keçiriləcək. İdarəetmə məsafədən və ya tamamilə avtonom həyata keçirilir.