Prezident çıxışını təxirə saldı - səbəb Notr-Dam

15 Aprel 2019 23:14 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makronun bu gün televiziya vasitəsilə xalq qarşısında edəcəyi çıxışı təxirə salıb.

Teleqraf.com xəbər verir ki, buna Parisin Notr-Dam kilsəsində baş verən yanğın səbəb olub.

Emmanuel Makron "Sarı jiletlilər"in tələblərini nəzərə alaraq, ölkə prezidentinin rəhbərliyi ilə aparılan böyük debatların nəticələrini bu gün televiziya vasitəsilə xalqa açıqlamalı idi.