Notr-Dam kilsəsindəki yanğın söndürüldü

16 Aprel 2019 08:21 (UTC+04:00)

Fransanın Notr-Dam-de-Pari kilsəsində baş vermiş yanğın söndürülüb.

Bu barədə çərşənbə axşamı yanğınsöndürənlərə istinadən "Le Figaro" qəzeti yazıb.

Notr-Dam-de-Paridə güclü yanğın bazar ertəsi axşam başlayıb. Yanğın nəticəsində kilsənin qülləsi aşıb.

Ehtimal edilir ki, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib.

Paris meri Ann İdalqo açıqlamasında bildirib ki, kilsənin mehrabı və mehrab xaçı yanğın zamanı zərər çəkməyib.

Hazırda yanğınla bağlı "tarixi abidənin bilmədən yandırılması" maddəsi üzrə istintaq işlərinə başlanılıb.

Paris Prokurorluğu hadisənin cinayət əməli deyil, qəza nəticəsində baş verdiyini güman edir.