MTRŞ yeni xəbər kanalı ilə bağlı qərar verəcək

16 Aprel 2019 11:04 (UTC+04:00)

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə təqdim olunan sənədlərə aprelin 20-dən sonra baxılacaq.

Bunu şuranın sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, yekun qərar şuranın iclasında veriləcək.

Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan etmişdi. Müsabiqəyə 3 iddiaçı sənəd verib. Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyətidir./report/