Ali məktəblərə ərizə qəbulu başa çatdı

16 Aprel 2019 12:09 (UTC+04:00)

Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Bu barədə Teleqraf.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Ərizə qəbulu martın 15-də başlamışdı.