Çində 6 şəhərdə əməliyyat: Son illərin ən böyük fil dişi partiyası...

16 Aprel 2019 16:03 (UTC+04:00)

Çində 7,7 ton ağırlığında 2750 fil dişi ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, Çin hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində son illər ən böyük fil dişi partiyası müsadirə olunub.

Qeyd edək ki, 2017-ci ildən fil dişinin ticarəti və emalı qanunla qadağan olunub.

Bildirilir ki, ötən ay gömrük idarəsi və polis tərəfindən 6 şəhərdə əməliyyat keçirilib.

Çinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin rəhbəri Sun Zhije deyib ki, ələ keçirilən fil dişləri son illər aparılan mübarizə çərçivəsində ən böyük partiya hesab olunur: “Əməliyyat zamanı 20 nəfər həbs edilib. Bu əməliyyat uzun müddətdir ki, fil dişi qaçaqmalçıları məsələsində mütəxəssis olan beynəlxalq şəbəkənin yaxalamağımıza səbəb oldu”.

Bəlli olub ki, fil dişləri Afrika ölkələrindən dəniz yolu ilə göndərilib və Çin sərhədləri gizlədilib.