İrəvanda atışma - “Ararat”ın qapıçısı qətlə yetirildi

16 Aprel 2019 22:15 (UTC+04:00)

Ötən gün axşam saatlarında İrəvanın mərkəzində, Lepseus küçəsində atışma olub.

Teleqraf.com "News.am"a istinadən xəbər verir ki, ağır güllə yarası almış 3 nəfər - 23 yaşlı Muşeq Qevondyan, 26 yaşlı Robert Manukyan və 26 yaşlı Andranik Qalstyan xəstəxanaya yerləşdiriliblər.

Qevondyan aldığı yaralardan həyatını itirib. Ölən şəxsin “Ararat -2” futbol komandasının qapıçısı olduğu bildirilib.

Güllələnən üç nəfərin BMW markalı avtomobildə olduğu və maşının atəşə tutulduğu qeyd edilir.

Yaralanmış digər iki nəfərin həyatına təhlükə yoxdur.