ABŞ-da sürücü qəsdən piyadaları vurdu - 6 yaralı

17 Aprel 2019 07:45 (UTC+04:00)

ABŞ-ın Pensilvaniya ştatında naməlum şəxs qəsdən piyadaları vurub.

Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Şübhəli şəxs saxlanılıb, onun şəxsiyyəti açıqlanmır.

Yaralananlar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.