Tramp “Səudiyyə qanunu”na veto qoydu: Konqres hansı addım atacaq?

17 Aprel 2019 11:24 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Amerikanın Yəmən müharibəsində Səudiyyə Ərəbistanına verdiyi dəstəyi dayandırmağı nəzərdə tutan qanuna veto qoyub.

Teleqraf.com xəbər verir ki, Donald Tramp qanunu lazımsız adlandırıb və ABŞ-ın xarici siyasəti üçün təhlükəli olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-ın Yəmən müharibəsində Səudiyyə Ərəbistanına verdiyi dəstəyi dayandırmağı nəzərdə tutan qanun aprelin 4-də Konqresin Nümayəndələr Palatasında 247 səslə, martın 13-də isə Senatda 54 səslə qəbul edilib.