Qeyri-sabit hava nə qədər sürəcək? - Proqnozlar Bürosu

17 Aprel 2019 12:12 (UTC+04:00)

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bu ayın ikinci ongünlüyün sonuna kimi davam edəcək”.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu müddət ərzində şimşək çaxacaq, fasilələrlə yağış yağacaq: “Bəzi yerlərdə isə intensiv xarakterli olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək”.