Salah "Liverpul"dan gedir? - vəkilindən açıqlama

18 Aprel 2019 07:25 (UTC+04:00)

Məhəmməd Salahın vəkili Rami Abbas misirli futbolçunun "Liverpul"dan ayrılacağı ilə bağlı "AS" nəşrinin yaydığı xəbərə münasibət bildirib.

Teleqraf.com-un xarici KİV-ə istinadən yaydığı məlumata görə, yazılanları təkzib edən R. Abbas Salahın "Liverpul"da qalacağını qeyd edib. Vəkil şəxsi "Tvitter" hesabında "Görünür, "AS" yenə yalan məlumat yayıb" - deyə yazıb.

Qeyd edək ki, "AS" nəşrinin xəbərində Salahın "Liverpul"un baş məşqçisi Yurgen Kloppla münasibətlərinin korlandığı, buna görə futbolçunun komandadan getmək istədiyi vurğulanıb.