İstanbulda saxlanılan ərəb casusların barəsində qərar verildi - Yeniləndi/Foto

19 Aprel 2019 21:58 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) iki agenti tutulub.

Teleqraf.com xəbər verir ki, onlardan birinin jurnalist Camal Qaşıqçının qətli ilə əlaqəsinin olduğu ehtimal edilir.

Şübhəli Qaşıqçı qətlə yetiriləndən bir neçə gün sonra Türkiyəyə gəlib. Hər iki şəxs son 6 ayda izlənilib və ötən bazar günü saxlanılıblar.

Onlar Türkiyədə ərəb siyasətçilər, jurnalistlər və tələbələr haqqında məlumatlar toplayıblar.

Məhkəmə qarşısına çıxarılan şübhəlilərə qarşı hərbi və siyasi casusluq ittihamları irəli sürülüb.

Məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçib.