İsrail Qəzzanı bombaladı

20 Aprel 2019 07:25 (UTC+04:00)

İsrail Müdafiə ordusu Qəzza zolağına zərbələr endirib.

Teleqraf.com-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, zərbələr Qəzza zolağında HƏMAS hərəkatına məxsus iki obyektə endirilib.

Zərbələrin həyata keçirilməsində hərbi təyyarə və tank iştirak edib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.