Kürd qruplaşması SEPAH-ı güllə yağışına tutdu - İranda silahlı qarşıdurma

25 Aprel 2019 16:57 (UTC+04:00)

İranın Kürdüstan əyalətinin Kamyaran şəhərində silahlı kürdlərlə baş verən silahlı qarşıdurmada İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 1 hərbçisi həlak olub.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində SEPAH-ın çoxlu sayda hərbçisi yaralanıb.

Hadisə iranlı hərbçilərin bölgədə reyd keçirdiyi vaxt baş verib, SEPAH hərbçisi Nasir Durudi aldığı güllə yarasından yerindəcə həlak olub.