Amsterdamda partlayış: 2 ölü, 15 yaralı

5 Sentyabr 2014 10:27 (UTC+04:00)

Hollandiyanın paytaxtı Amsterdamda partlayış nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Diemen qəsəbəsində bir mənzildə baş verib. Hadisənin baş vermə səbəbi bəlli olmasa da, şahidlər böyük bir gurultu eşitdiklərini deyiblər.

Hadisənin prospektdə aparılan qaz xətlərinin qaynaq olunmasından baş verdiyi güman edilir.

Samir