İran ABŞ-la nüvə danışıqları aparmaqdan imtina etdi

14 May 2019 23:42 (UTC+04:00)

İranın ali dini lideri ayətullah Əli Xamenei bildirib ki, Tehran ABŞ-la nüvə silahı ilə bağlı danışıqlar aparmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.

"İranın ali dini lideri Xamenei bildirib ki, İran nüvə silahı ilə bağlı ABŞ-la danışıqlar aparmayacaq", - deyə telekanalın "Twitter" səhifəsinə yerləşdirilən məlumatda bildirilir.