Xərçəngdən əziyyət çəkən "Toppuş bacı"nın xəstəxanada - Son görüntüləri

15 May 2019 16:43 (UTC+04:00)

Əməkdar artist Tünzalə Əliyeva xəstəxanadan yeni görüntülərini paylaşıb.

Publika.az xəbər verir ki, Toppuş bacı ləqəbi ilə tanınan aktrisa bu gün kimyaterapiyaya başlayacağını elan edib. O, paylaşdığı videoya “Bir azdan sevə-sevə kimyaterapiyamı qəbul edəcəm ki, məni sağaltsın” sözlərini qeyd edib.

Xatırladaq ki, aktrisa bundan öncəki açıqlamasında bu sözləri demişdi:

“Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastoz verdi və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 kimyaterapiya alacam, inşallah sağalaram. Özümü hər an hər şeyə hazırlamışam, amma inanıram ki, yaxşı olacaq. Zəhram çox balacadır, onu böyütmək istəyirəm. Bütün müalicəm təmmənnasız ediləcək”.