Türkiyə S-400 iddiasına - Nöqtə qoydu

15 May 2019 17:19 (UTC+04:00)

ABŞ-ın narahatlığı ilə əlaqədar ekspertlər qərar versin. Rusiyadan S-400 zenit-raket kompleksinin alışının təxirə salınması və ya dayandırılması müzakirə mövzusu deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Rusiya ilə S-400 havadan müdafiə sistemi ilə bağlı razılaşma əldə edilib: “Bunun təxirə salınması barədə niyə danışaq ki?”

Mövlud Çavuşoğlu qeyd edib ki, S-400 zenit-raket kompeksi və F-35 qırıcısı ilə bağlı komissiya yaradılması məqsədilə Türkiyə ilə ABŞ arasında görüşlər keçirilib: “ABŞ konstruktiv və yaxşı niyyətlidirsə, təklifimizi qəbul edər”.

Qeyd edək ki, İngiltərənin nüfuzlu “Röyters” agentliyi Türkiyənin ABŞ-ın tələbi ilə Rusiyadan alacağı zenit-raket kompleksinin 2020-ci ilə qədər təxirə saldığına dair iddia irəli sürmüşdü.