Salvadorda güclü zəlzələ

17 May 2019 01:35 (UTC+04:00)

Salvador sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin ətraf mühitin qorunması və təbii sərvətlər nazirliyinin "Twitter" səhifəsində deyilir.

Bildirilir ki, zəlzələ ölkənin paytaxtı San-Salvadorda da hiss edilib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi öz növbəsində bildirir ki, 5,7 bal gücündə zəlzələ Nikaraqua sahillərində baş verib.

Yeraltı təkanların episentri Çinandeqa şəhərindən 77 kilometr qərbdə, ocağı isə 100 kilometr dərinlikdə yerləşib.