Zelenski vəd verdi: Ukrayna Krımı qaytaracaq

18 May 2019 18:27 (UTC+04:00)

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Krımı qaytaracaqlarına inandığını bildirib.

O, öz fikirlərini “Feysbuk”da yazıb:

“Mən inanıram ki, Krım tatarlarının vətənini işğaldan azad edəcəyik. Krımın qaytarılması yolunun nə qədər uzaq olmasına baxmayaraq, biz o yolu Krım tatarları ilə birlikdə keçəcəyik”.

Qeyd edək ki, V.Zelenski bundan öncə Donbas və Krım sakinləri üçün sülh mesajı yayımlamışdı.