“Hər gecə…” - Kim Kardaşyandan iyrənmiş modeldən ilginc sözlər

18 May 2019 18:58 (UTC+04:00)

Yumurtalıq xərçəngindən müalicə olunan 40 yaşlı amerikalı model Kurni Kardaşyan səhhətində ciddi problemin yarandığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, 3 uşaq anası olan Kurtni müalicəyə başlayandan sonra özündən 14 yaş kiçik sevgilisi Yones Bendjima ilə ayrılıb.

“Hər gecə ağlayıram, yəqin ki, bu yumurtalığımı dondurmaq üçün vurulan iynələrin nəticəsidr. Ruh halıma pis təsir edir, bu dəlilikdir, başa düşə bilmirəm”, - deyə model qeyd edib.

Kurtni Kardaşyan keçən il bacısı Kim Kardaşyanla mübahisəsi ilə gündəmə gəlmişdi.

Kim Kardaşyanı “iyrənc” adlandıran Kurti onun bacısı olmaqdan və ailəsinin bir üzvü olmaqdan utandığını demişdi.