İranda qadın futbolçular arasında dava - Foto

18 May 2019 20:55 (UTC+04:00)

İranda qadınlar arasında futbol üzrə premyer liqanın 16-cı turu dava ilə yekunlaşıb.

Trend-in məlumatına görə, hadisə Sircanın "Şəhrdari" və İsfahanın "Zubahən" komandaları arasında baş tutan matçda olub.

Davada oyunçulardan biri başından zərbə alıb. O, xəstəxanaya yerləşdirilib.