Tokioda vulkan təhlükəsi var

19 May 2019 12:05 (UTC+04:00)

Yapon mütəxəssisləri Tokiodan 80 kilometr qərbdə yerləşən Hakone ərazisində vulkanın aktivliyini qeyd ediblər.

Teleqraf.com-un məlumatına görə, püskürmə təhlükəsinin səviyyəsi beş ballıq şkala üzrə birinci şkaladan ikinciyədək artıb.

Gecə orada 45-ə yaxın kiçik vulkanik zəlzələ baş verib.

Hakonenin əsas turistik yerlərindən olan "Ovakudani" vadisindən 1 kilometr radiusda, dağ yollarında avtomobilin hərəkəti dayandırılıb.