Marneulidə seçki saxtakarlığı - Müxalifət sıxışdırılır

19 May 2019 20:43 (UTC+04:00)

“Marneulidə müxalifət nümayəndələrinə seçki məntəqələrində baş verən qanun pozuntularını qeydə almağa imkan vermirlər”.

Bu barədə Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Tamar Metreveli jurnalistlərə bildirib.

O, Marneuli rayonunda yerləşən 2 saylı seçki məntəqəsindən çıxarılıb.

T.Metrevelinin sözlərinə görə, seçki məntəqəsində çox sayda qanun pozuntuları baş verib:

“Gün ərzində məntəqədə baş verən pozuntuları qeydə almağıma imkan vermədilər”.