Qubada kafedən çıxan kişiyə qarşı - Cinayət

20 May 2019 12:07 (UTC+04:00)

Quba rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Amsar kənd sakini A.Sərdarov rayon polis şöbəsinə quldurluqla üzləşməsi barədə məlumat verib.

A.Sərdarov kənd ərazisində yerləşən kafedə naməlum şəxsin ona zor tətbiq edərək 1000 manat pulunu almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Ağaməmmədov saxlanılıb.

O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.