“Mateo Falkone” yeni versiyada təqdim olunacaq

21 May 2019 17:22 (UTC+04:00)

Mayın 22-də saat 19:00-da Nizami Kino Mərkəzində “Balans” milli rəqəmsal studiyasında bərpa edilmiş, görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər şərçivəsində “Mateo Falkone” filmi yeniləşmiş versiyada tamaşaçılara təqdim olunacaqdır.

Teleqraf.com-un məlumatına görə, Prosper Merimenin novellası əsasında çəkilmiş film milli kinomuzun qızıl fonduna daxildir. Bu filmin yaranmasında Tofiq Tağızadə, Rasim Ocaqov, Kamil Nəcəfzadə, Qara Qarayev, Rüfət Şabanov, Niyazi, Nodar Şaşıqoğlu, Tamilla Ağamirova, Ceyhun Mirzəyev, Anatoli Falkoviç və Hacımurad Yegizarov kimi Azərbaycan mədəniyyəti və kinosunun dahi simaları bu filmin yaranmasına öz töhvələrini vermişlər.